Triatlonçumuz ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb
Azərbaycan triatlonçusu Rostislav Pevtsov akvatlon üzrə dünya çempionu olub.

İdmançımız İspaniyanın Pontevedra şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. R.Pevtsov həm də payızda ABŞ-ın San-Dieqo şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb.
R.Pevtsov yarışın 1 kilometrlik su mərhələsini 12 dəqiqə 54 saniyəyə başa vurub. O, yarışın 2,5 kilometr məsafəyə qaçış mərhələsində isə 14 dəqiqə 59 saniyəlik nəticə göstərib.

İdmançımız 57 triatlonçunun mübarizə apardığı yarışı 28 dəqiqə 57 saniyəlik nəticə ilə başa vurub.

Dünya çempionatında çıxış edən yığmamızın digər üzvü Kseniya Levkovskaya isə finişə 6-cı çatıb.

Xəbər 797 dəfə oxundu.