“Bakı” klubunun keçmiş baş məşqçisi Latviya klubunun baş məşqçisi təyin olunub
Latviyalı futbol mütəxəssisi, Azərbaycanın "Bakı" klubunda çalışmış Aleksandr Starkov Latviyanın "Liepay" klubuna baş məşqçi təyin olunub.

Bu barədə məlumatı klubun rəsmi nümayəndəsi Devid Yanson verib.

Xatırladaq ki, Aleksandr Starkov 2011-2012-ci illərdə Azərbaycanda işləyib, "Bakı" futbol klubunun baş məşqçisi olub. 63 yaşlı mütəxəssis karyerası ərzində Latviyanın müxtəlif klublarında və ölkənin milli komandasında, həmçinin Moskvanın "Spartak" klubunda baş məşqçi kimi çalışıb.

Xəbər 769 dəfə oxundu.