Riqada keçirilən gimnastika turnirində həmyerlimiz ikinci yer tutub
Latviyanın paytaxtı Riqadakı “Elektrum” Olimpiya Mərkəzində 6-7 yaşlı uşaqlar arasında bədii gimnastika üzrə yaz müsabiqəsi keçirilib.

Riqa şəhərindəki orta məktəblərdən və bağçalardan, ümumilikdə, 34 uşaq müsabiqəyə qatılaraq fərdi və qrup hərəkətləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Müsabiqənin nəticəsinə əsasən, 6 yaşlı azərbaycanlı Qəmər Usubova ikinci yerə layiq görülüb. Qaliblərə medal, diplom və digər hədiyyələr təqdim olunub.

AZƏRTAC

Xəbər 772 dəfə oxundu.