Bakıda “Zirvə kuboku” beynəlxalq şahmat festivalı keçiriləcək
Mayın 11-dən 18-dək Bakıda “Xəzər Universiteti Şahmat Akademiyası” və AAAF Park Yaşayış Kompleksinin birgə təşkilatçılığı ilə beynəlxalq şahmat festivalı keçiriləcək.

Turnir Şeveningen sistemi üzrə təşkil ediləcək. İki dövrədən ibarət olacaq yarışın qaydalarına əsasən, turnirdə iki komanda mübarizə aparacaq. Komandaların birində qrossmeysterlər, digərində isə qrossmeyster və idman ustaları yer alacaqlar.

Xəbər 769 dəfə oxundu.