Gənclər Liqası: “Qəbələ” klubuna kubok təqdim olunub
AFFA-nın təşkil etdiyi futbol üzrə Gənclər Liqasında sonuncu turun oyunları keçirilib. Liqanın qalibi “Qəbələ” komandası olub.

“Sumqayıt”–“Qəbələ” oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

“Qəbələ” komandasının üzvü Elməddin Soltanov ən yaxşı qapıçı, onun komanda yoldaşı İdris İnqilablı isə ən yaxşı oyunçu seçilib. Mövsüm ərzində 18 qolla liqanın bombardiri olan Samir Qurbanova (“Qəbələ”) xüsusi mükafat verilib.

Liqanı üçüncü pillədə başa vuran “Neftçi”, ikinci yeri tutmuş “Keşlə” və turnirin qalibi “Qəbələ” müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif ediliblər.

Sonda “Qəbələ” komandasına kubok təqdim olunub.

Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.

Xəbər 793 dəfə oxundu.