UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, bu gündən 5000 bilet satışda olacaq. Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 manat (30 avro) dəyərində olacaq.

Hər kəs özü də daxil olmaqla yalnız 4 bilet əldə edə bilər. Adına bilet alınacaq şəxslərin də şəxsiyyət vəsiqələri təqdim edilməlidir.

Xəbər 101 dəfə oxundu.