Yeniyetmə stolüstü tennisçilər arasında beynəlxalq turnir start götürüb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar mayın 2-də Bakı İdman Sarayında yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir start götürüb.

Turnirdə 2004-2007-ci, 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar iştirak edirlər. Yarışın ilk günü 2004-2007-ci il yaş qruplarında idmançılar qüvvələrini sınayırlar.

Beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Latviyanın stolüstü tennisçiləri də medallar uğrunda mübarizə aparırlar.

Yarışa mayın 3-də yekun vurulacaq.

Xəbər 1104 dəfə oxundu.