UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda ot örtüyünün vəziyyətini müsbət qiymətləndiriblər
Mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA nümayəndələri paytaxtımıza növbəti dəfə səfər ediblər.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, budəfəki səfər BOS-da ot örtüyünün vəziyyəti ilə tanışlıq məqsədi daşıyıb. Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti müsbət qiymətləndiriblər.

UEFA Avropa Liqasının final oyununun təşkili ilə əlaqədar Əməliyyat Qrupunun stadionda yerləşən ofisində qitə futbol qurumunu təmsil edən mütəxəssislərlə AFFA-nın baş katibi Elxan Məmmədovun və Əməliyyat Qrupu üzvlərinin görüşü keçirilib, fikir mübadiləsi aparılıb. Əməliyyat Qrupunda fəaliyyət göstərən mütəxəssislər final oyununadək qalan müddət ərzində BOS-un ot örtüyünü yüksək səviyyədə saxlamaq üçün müvafiq işlərin görüldüyünü bildirib, bunun üçün xüsusi avadanlıqlardan istifadə olunduğunu qeyd ediblər.

Xəbər 793 dəfə oxundu.