Almaniya və Türkiyə klublarının futbolçuları Azərbaycan millisinə dəvət olunublar
Futbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası mayın 1-dən 5-dək Bakıda təlim-məşq toplanışında olacaq, ayın 6-dan 11-dək isə Belarusun paytaxtı Minskdə keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

Hazırlıq prosesinə İlahə Əkbərova, Milana Rəhimova, Lamiə Əlizadə, Rübabə Atakişizadə, Pərvin Səfərəliyeva, Fatimə Əhmədli (hamısı 8-İOEUGİM), Nərgiz Əliyeva, Züleyxa Zamanlı, Jasmin Abdullayeva (hamısı “Keşlə”), Samirə Aşırova, Aysun Muradova, Nübar Eminova, Nigar Bayramova (hamısı “Qubek”), Alina Nəhmədova, Leyla Ağayeva (hər ikisi “Fidan”), Nahidə Məmmədova (“Gənclik”), Ləman Mustafazadə (“İmişli”), Nisrine Zerioul (“Boxum 1848”, Almaniya), İrəm Bir və Səmanur Arzık (hər ikisi ALG Spor, Türkiyə) dəvət olunublar.

Xəbər 773 dəfə oxundu.