Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
Aprelin 29-da Masallı Regional Taekvondo Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında taekvondo üzrə açıq rayon birinciliyi başa çatıb.

Üç gün davam edən yarışda Masallı idmançıları ilə yanaşı, Bakı və Sumqayıt şəhərinin, Lənkəran rayonunun 100-dən çox idmançısı on bir çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.

Açıq rayon birinciliyinin yekun nəticələrinə əsasən, Masallı komandası birinci, Sumqayıt komandası ikinci, Bakı komandası isə üçüncü yerləri tutublar.

Qaliblərə diplom və medallar təqdim olunub.

Xəbər 715 dəfə oxundu.