Voleybol üzrə Azərbaycan millisinin üzvü Macarıstan çempionu olub
Macarıstanın “Vaşaş” komandasında çıxış edən Azərbaycan voleybolçusu Ayşən Əbdüləzimova bu ölkə çempionatının qalibi olub.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvünün çıxış etdiyi komanda final seriyasının üçüncü matçında “Nieriqaz”ı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Final görüşündə voleybolçumuz 9 xal toplayıb. Onun komandası Çempionlar Liqasına vəsiqə qazanıb.

A.Əbdüləzimova çempionatın ən yaxşı blokçusu seçilib.

Xəbər 699 dəfə oxundu.