Mayda Bakıda qolf oyunu keçiriləcək
İdman tədbirləri arasında ən kübar tədbir bu ilin mayında ölkəmizdə, “Dreamland Golf Club”un ərazisində Azərbaycanda "Mercedes-Benz"in rəsmi distribüteri olan "Autocapital-Azerbaijan" şirkətinin dəstəyi ilə keçiriləcək.

Bu il "MercedesTrophy" qolfçu-amatorlar arasında regional finala vəsiqə qazanmaq uğrunda mübarizəyə 80 idmançı qoşulacaq ki, onların arasında biznes-elitanın nümayəndələri və ulduz idmançılar var.

"MercedesTrophy - Daimler AG" tərəfindən 1989-cu ildən etibarən keçirilən qolf üzrə amator turnirlər seriyasıdır. "MercedesTrophy"nin finalı hər il Ştutqartda keçirilir və burada 25-35 ölkədən gəlmiş oyunçular iştirak edir. "MercedesTrophy" turnirlərinin müxtəlif səviyyəli iştirakçılarının ümumi sayı dünya üzrə 60 min nəfərə qədərdir.

"MercedesTrophy" nəinki idman yarışıdır, o, həm də brendin pərəstişkarları üçün əla beynəlxalq kommunikasiya platformasıdır.

Tədbir zamanı qonaqlar və iştirakçılar yalnız qolf oyunundan həzz almayacaq, onlar həmçinin "Qolf məktəbi"ndə dərs keçə, dost və tanışlarının əhatəsində istirahət edə biləcəklər, eyni zamanda, "Mercedes-Вenz"in ən aktual modellərinin testini keçirəcəklər.

Turnir Bakıda qolf oyunu üçün yeganə meydança olan və rəsmi olaraq Avropa Qolf Assosiasiyası (EGA) tərəfindən qiymətləndirilmiş, qəbul edilmiş elit "Dreamland Golf Club" qolf kompleksində keçiriləcək.

Tədbirin tərəfdaşları "Mybrands" mağazalar şəbəkəsidir.

Qeyd edək ki, 20 ildir fəaliyyət göstərən "Mybrands" mağazalar şəbəkəsi dəbli və keyfiyyətli brendlər təqdim edir. Şəbəkəyə "Tommy Hilfiger", "Lacoste", "United Colors of Benetton", "Sisley", "Accessorize", "Monsoon", "Tara Jarmon", "Liu Jo", "Coccinelle", "Coast", "Bebe", "Monnalisa", "Pablosky", "adL", "Adidas" kimi dünya şöhrətli brendlərin mağazaları daxildir. Şəbəkənin əsas məqsədi dəbi, yüksək keyfiyyəti əlçatan etməkdir. "Mybrands" mağazalar şəbəkəsi haqqında daha ətraflı məlumatı Instagram (@mybrands.az) və “Facebook”dakı rəsmi səhifələrdən əldə edə bilərsiniz.

Xəbər 1006 dəfə oxundu.