Boks üzrə “Heydər Əliyev Kuboku - 2019” beynəlxalq turnirində dörddəbir final görüşləri keçirilir
Abşeron Olimpiya İdman Kompleksində yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev Kuboku - 2019” beynəlxalq turnirində dörddəbir final görüşləri keçirilir.

Ənənəvi yarışda 13 çəki dərəcəsində Azərbaycan boksçuları ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və Qırğızıstan yığmaları da iştirak edirlər. Yüz on dörd idmançının qatıldığı “Heydər Əliyev Kuboku-2019”un final görüşləri mayın 1-də olacaq.

Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparır. Komandanın baş məşqçisi Vaqif Kazımov turnirdə 52 yeniyetmə idmançıya şans verir.

Xəbər 848 dəfə oxundu.