Binəqədi rayonunda məktəblilər arasında futbol və şahmat turnirləri keçirilib
Binəqədi rayonunda yerləşən “Abad məhəllə”də futbol və şahmat turnirləri keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünün qeyd edilməsi ilə əlaqədar 26 aprel 2019-cu il tarixində Binəqədi rayonunda yerləşən “Abad məhəllə”də rayon orta ümumtəhsil məktəbləri arasında futbol və şahmat turnirləri keçirilib.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, şəhid Fərman Məlikovun qardaşı Telman Məlikov, məktəblilər iştirak ediblər.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən idarə rəisi Rauf Həsənov və baş məsləhətçi Salman Əbdülov yeniyetmə və gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif idman yarışlarının keçirilməsinin vacibliyindən danışıblar. Sonra toplar və qapı torları “Abad məhəllə”yə hədiyyə kimi təqdim edilib.

Turnirin nəticəsinə görə, futbol üzrə birinci yeri 244 №-li tam orta məktəbin komandası, ikinci yeri 283 №-li tam orta məktəbin komandası, üçüncü yeri 83 №-li məktəb-liseyin komandası; şahmat üzrə 143 №-li tam orta məktəbin komandası birinci, 314 №-li tam orta məktəbin komandası ikinci, 100 №-li tam orta məktəbin komandası üçüncü yeri tutublar.


Xəbər 666 dəfə oxundu.