Ukrayna və Belarus informasiya agentlikləri Formula 1 Azərbaycan Qran-Prisi haqqında yazır
Ukrayna və Belarusun informasiya agentlikləri Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisi haqqında informasiyalar yayıb.

Ukraynanın UKRİNFORM və Belarusun BELTA agentliklərinin yaydığı informasiyalarda Formula 1 Qran-Prisinin əhəmiyyəti qeyd olunur. “Mercedes” komandasının Bakıda keçirilən yarışlarda dalbadal uğur qazandığı vurğulanır.

Bildirilir ki, “Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurub.

AZƏRTAC

Xəbər 777 dəfə oxundu.