Rusiyalı gimnastlar gürzlər və lentlə hərəkətlərdə növbəti medallarını qazanıblar
Aprelin 28-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində gürzlər və lent ilə hərəkətlərdə də mübarizəyə yekun vurulub.

Gürzlərlə hərəkətlərdə rusiyalı əkiz bacılar – Dina və Arina Averinalar ilk iki pillədə qərarlaşıblar. Dina Averina 22,500 xalla qızıl, Arina Averina 22,300 xalla gümüş medal qazanıblar. İlk üçlüyü Ukrayna gimnastı Vlada Nikolçenko (21,400 xal) tamamlayıb.

Lentlə hərəkətlərdə isə Belarus təmsilçisi Anastasiya Salos (20,650 xal) birinci, Arina Averina (20,600 xal) ikinci, Dina Averina isə (20,250 xal) üçüncü olublar.

Xəbər 753 dəfə oxundu.