Formula 2 üzrə ikinci yarışda zəncirvari qəza baş verib
Bakıda keçirilən Formula 2 üzrə ikinci yarışda zəncirvari qəza baş verib.

Startdan dərhal sonra 2-ci döngədə 3 bolid toqquşub.

Nəticədə Ralf Boşunq (“Trident”), Lui Deletraz (“Karlin”) və yarışın yeganə qadın iştirakçısı Tatyana Kalderon (“BWT Arden”) mübarizəni dayandırıb.

Qeyd edək ki, ikinci yarış 21 dövrədir.

Xəbər 830 dəfə oxundu.