Bakıda Formula 2 üzrə ikinci yarışa start verilib
Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin üçüncü günündə Formula 2 üzrə ikinci yarış başlayıb.

Yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 23 dövrə vuracaqlar.

Xatırladaq ki, ötən gün keçirilən Formula 2 üzrə birinci yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken birinci, “ART Grand Prix”dən Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.

Mükafatları qaliblərə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev və Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid təqdim ediblər.

Xəbər 814 dəfə oxundu.