Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə turnir başa çatıb
Lənkəran Olimpiya İdman Kompleksində 2016-cı ilin Aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinə həsr edilmiş yunan-Roma güləşi üzrə rayon turniri başa çatıb.

İki gün davam edən turnirdə Bakı və Lənkəran şəhərlərini, Abşeron, Cəlilabad, Lerik, Masallı və Zəngilan rayonlarını təmsil edən 2004-2009-cu il təvəllüdlü 300 güləşçi 8 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.

Yarışın yekun nəticələrinə əsasən, “Lənkəran” komandası birinci, “Cəlilabad” komandası ikinci, Bakı şəhərinin “UGİM-9” komandası üçüncü yeri tutub.

Qaliblərin mükafatlandırılması mərasimdə çıxış edən şəhid valideynləri Laim Veysəlov, İbrahim Ağayev və Aprel döyüşlərində yaralanaraq əlil olmuş Ramin Ümmətov Aprel döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlığından danışaraq, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qaliblərə diplomlar medallar və kuboklar təqdim olunub.

Xəbər 742 dəfə oxundu.