Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turu başa çatıb
2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisinin sıralama turu başa çatıb.

“Merdeces”in pilotları Valterri Bottas və Luis Hemilton ilk iki yerdə qərarlaşıb. V.Bottas 1:40,495, L.Hemilton 1:40,554 nəticə göstərib. “Ferrari”nin pilotu Sebastyan Fettel isə 1:40,797 nəticə ilə üçüncü sırada yer alıb.

Qeyd edək ki, sıralama turunun nəticələrinə əsasən sabah keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşəcək.

Xəbər 1812 dəfə oxundu.