Bakıda Formula 2 üzrə birinci yarışın qalibi müəyyənləşib
“Campos Racing” komandasının pilotu Cek Aitken Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub.

Azsport.az saytının məlumatına görə, 32 dövrənin yekununda A.Albon 1 saat 2 dəqiqə 27,628 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “ART Grand Prix” komandasının pilotu Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri tutublar.

Formula 2 üzrə 23 dövrədən ibarət ikinci yarış aprelin 28-də keçiriləcək.

Xəbər 874 dəfə oxundu.