Formula 1-də növbəti qəza baş verdi
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü zamanı növbəti qəza baş verib.

Azsport.az saytı xəbər verir ki, “Toro Rosso” komandasının pilotu Danil Kvyatlın bolidi təhlükəsizlik baryerinə çırpılıb.

Nəticədə bolid trasdan evakuasiya edilib və D.Kvyatlın ikinci sərbəst yürüşü dayandırmalı olub.

Qeyd edək ki, “Racing Point” komandasının pilotu Lens Stroll mübarizəni dayandırıb. İdarəetməni itirən pilot bolidi baryerə çırpıb. Nəticədə təkəri qırılan bolid yarasız hala düşdüyündən trekdən kənarlaşdırılıb.

Xəbər 794 dəfə oxundu.