Formula 2 yarışlarının sıralanma turuna start verilib
Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib. Azsport.az saytının məlumatına görə, bu yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, aprelin 27-də saat 13:10-da birinci, bir gün sonra isə 14:15-də ikinci yarış keçiriləcək. İlk yarışda pilotlar 32, növbəti yürüşdə isə 23 dövrə vuracaqlar.

On bir mərhələdən ibarət yarışa sentyabrın 27-29-da Rusiyanın Soçi şəhərində yekun vurulacaq.

Xəbər 803 dəfə oxundu.