Beynəlxalq Avtomobil Federasiyası Bakı trekində bütün drenaj lüklərini yoxlamağı qərara alıb
Beynəlxalq Avtomobil Federasiyası Bakı trekində bütün drenaj lüklərini yoxlamağı qərara alıb.

Azsport.az saytı xəbər verir ki, buna səbəb Formula 1 üzrə SOCAR Azərbaycan Qran Prisində sərbəst yürüş zamanı qəza keçirən “Williams” komandasının pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüsütü piyada keçidinə ilişməsi olub. Nəticədə keçid zədələnib. Kran isə qrılıb və ondan axan yağ bolidin üzərinə tökülüb. Əraziyə ikinci evakuasya maşını gəlib. Yekunda Rasselin bolidini boksa gətirmək mümkün olub.

Qeyd edək ki, trek boyunca lüklərin sayının 300-dən çox olduğu bildirilir.

Xəbər 937 dəfə oxundu.