Ənənəvi beynəlxalq turnirdə
Dağıstanın Kaspiysk şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə beynəlxalq turnirə start verilib. Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, sayca 14-cü dəfə keçirilən yarışda Rusiya, Polşa, Braziliya, Latviya, Ukrayna, Türkmənistan, Ermənistan və Dağıstan komandaları iştirak edirlər. Azərbaycanı turnirdə məşqçilər Salam Bağırovla Elçin İbrahimlinin rəhbərliyi altında gənc boksçular təmsil edirlər.

Heyətdə yer alan idmançılar müxtəlif cəmiyyətlərin yığma komandalarını təmsil edirlər. Umaxanov turnirində 7 boksçumuz – Fərid Atamoğlanov, Əbdürrəhim Şirinov (hər ikisi - 52 kq), Salman İbrahimov (60 kq), Elnur Zeynalov, Ruslan Qasımov (64 kq), İsmət Eynullayev, Bəxtiyar Nadirov (69 kq) mübarizə aparır. Bunlardan Eynullayev və Qasımov təcrübəlidirlər.

Onlar dəfələrlə ölkə çempionatının mükafatçısı olublar. Ruslan Qasımov 2009-cu ildə Milanda keçirilmiş dünya çempionatında iştirak edib.
Qeyd edək ki, Əli Əliyev adına İdman Sarayında keçirilən turnirə mayın 5-də yekun vurulacaq.

Xəbər 1101 dəfə oxundu.