Formula 1 SOCAR Azərbaycan Qran Prisində ilk qəza
2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşündə ilk qəza baş verib. Azsport.az saytının verdiyi məlumatına görə, yürüşdə “Williams” komandasının pilotu Corc Russelin bolidi drenaj lükunun qapağına ilişərək sıradan çıxıb. Marşallar dərhal bolidi xüsusi avtomobillə trasdan kənarlaşdırıblar. Pilot isə pitleynə qayıdıb.


Xəbər 801 dəfə oxundu.