Stolüstü tennis üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək
Mayın 2-3-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, 2004-2008-ci illər təvəllüdlü və daha kiçik yaşlı idmançıların iştirak edəcəyi turnirdə Azərbaycanla yanaşı, xarici ölkələrin təmsilçiləri də mübarizə aparacaqlar. Yarışda ümumilikdə 6 ölkədən 70-dən çox idmançı gücünü sınayacaq.

Xəbər 1027 dəfə oxundu.