Formula-1 SOCAR Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub | |
Aprelin 25-də Formula-1 SOCAR Azərbaycan Qran-Prisi öncəsi dördgünlük bilet sahibləri üçün pit-yolu gəzintisi təşkil olunub. Avtoidman yarışlarının həvəskarları, paytaxt sakinləri və şəhərimizin qonaqları pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını izləyiblər. Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar. Böyük coşqu ilə keçən pit-yolu gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar. Qeyd edək ki, Formula-1 SOCAR Azərbaycan Qran-Prisi aprelin 26-28-dƏ Bakıda keçiriləcək. |
|
Xəbər 788 dəfə oxundu. |
|
|