Dünya birinciliyinə 2 ağır atletlə
Qvatemalanın Antiqua şəhərində keçiriləcək gənc ağırlıqqaldıranlar arasında dünya birinciliyinə yollanacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, mayın 7-18-də baş tutacaq yarışda ölkəmizi Firudin Quliyev (69 kq) və Nicat Rəhimov (77 kq) təmsil edəcəklər. Qeyd edək ki, Qvatemalada keçiriləcək dünya birinciliyində Azərbaycanı hakim qismində Vahid Nəzərov təmsil edəcək.

Xəbər 1254 dəfə oxundu.