Astaralı atletlər Azərbaycan çempionatında bir qızıl və bir bürünc medal qazanıblar | |
Astaralı atletlər Göygöl rayonunda keçirilən Azərbaycan çempionatında uğurla çıxış ediblər. Yarışda astaralı atlet, şəhər 3 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Rəşad Əliyev 10 kilometr kross qaçışında bütün rəqiblərini üstələyərək, finişi birinci başa vurub və çempionatın qızıl medalına layiq görülüb. Astaranın digər idmançısı - şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Aysun Rzayeva isə qadınlar arasında 2 kilometr məsafəyə kross qaçışında üçüncü yeri tutub. Qeyd edək ki, Rəşad Əliyev dəfələrlə respublika çempionatında fəxri yerlərə sahib çıxıb, beynəlxalq marafon yürüşlərinin iştirakçısı və mükafatçısı olub. |
|
Xəbər 822 dəfə oxundu. |
|
|