Azərbaycan ciu-citsuçuları Əbu-Dabidə beynəlxalq turnirdə uğurla iştirak ediblər
Azərbaycan Ciu-Citsu Federasiyasının və Braziliya Ciu-Citsu Departamentinin üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Abu-Dhabı World Jıu Jıtsu Championship” yarışında uğurla iştirak ediblər.

Yığma komandamız bu yarışa geniş heyətlə qatılıb. Yarışda ölkəmizi Emil Verdiyev, Elçin Nəbiyev, Zaur Mehdiyev, Əhməd Babayev, Nuru Daşdəmirov, Ayaz Süleymanov, Vüqar Tağıyev, Mehman Fətəliyev, Həsən Novruzov, İrfan Əfəndiyev, Rəşad Rzayev, Fərhad İbrahimov, Elnur Süleymanov, Vüsal Eynullayev və Çingiz Mehdiyev təmsil ediblər. Onlardan Emil Verdiyev və Vüqar Tağıyev qızıl medal qazanıblar. Elçin Nəbiyev gümüş, Fərhad İbrahimov, Zaur Mehdiyev və Mehman Fətəliyev isə bürünc medal qazanıblar.

Qeyd edək ki, idmançılarımız Braziliya Ciu-Citsu Departamentinin direktoru Azər Beydullayevin rəhbərliyi ilə mübarizə aparıblar.

AZƏRTAC

Xəbər 62 dəfə oxundu.