Atletlərimiz Azərbaycan çempionatında üç medal qazanıblar
Göygöl rayonunda yüngül atletikanın kross qaçış növü üzrə keçirilən Azərbaycan çempionatında naxçıvanlı idmançılar üç medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən bildirilib ki, çempionatda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 4 idmançısı iştirak edib. 4 kilometr məsafəyə kross qaçışı üzrə keçirilən yarışlarda naxçıvanlı idmançı Gülayə Cəfərova finiş xəttinə ikinci çatıb. Eyni uğuru 6 kilometr məsafədə Səfər Tağıyev də qazanıb. Digər idmançı Əmrah Nağıyev isə 10 kilometr məsafəyə qaçışda qüvvəsini sınayıb və gümüş medal qazanıb.

Sonda idmançılarımız medal və diplomla mükafatlandırılıblar.

Xəbər 90 dəfə oxundu.