Döyüş növləri üzrə Avropa çempionatında ölkəmizi 12 idmançı təmsil edir
Aprelin 23-də Ukraynanın Xarkov şəhərində döyüş növləri üzrə Avropa çempionatına start verilib.

28 ölkədən 850 idmançının iştirak etdiyi yarışda ölkəmiz 12 idmançı ilə təmsil olunur.

Çempionatda idmançılarımız şaolin sanda, şaolin full və peşəkar növlərdə öz güclərini sınayırlar.

Qeyd edək ki, Azərbaycan yığma komandası turnirdə AŞDSF-nin prezidenti Rafiq Əliyev, peşəkar döyüşlər üzrə baş məşqçi Ruhi Hüseynovun rəhbərliyi altında mübarizə aparır.

AZƏRTAC

Xəbər 729 dəfə oxundu.