Gürcüstan Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 13 cüdoçu ilə təmsil olunacaq
Cüdo üzrə Gürcüstan yığmasının mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.

Yarışda qonşu ölkədən 11 kişi və 2 qadın cüdoçu mübarizə aparacaq.

Gürcüstan yığmasının heyətində bu il keçirilmiş “Böyük dəbilqə” və Qran-Pri yarışlarının mükafatçıları da yer alıblar.

İndiyədək 63 ölkədən 560-dan çox idmançı Bakı turnirinə qatılacağını təsdiqləyib.

Xəbər 809 dəfə oxundu.