Bakıda futvolley üzrə Dünya Turunun mərhələ yarışı keçiriləcək
İyulda Bakıda futvolley üzrə Dünya Turunun mərhələ yarışı keçiriləcək.

Azsport.az Azərbaycan Futnet Federasiyasına istinadla xəbər verir ki, artıq İspaniya, İtaliya, Fransa, Almaniya, ABŞ, Avstraliya və Braziliya yığmaları turnirdə iştiraklarını təsdiqləyiblər.

Yarışda tanınmış futvolleyçilərin də iştirakı gözlənilir.

Xəbər 652 dəfə oxundu.