“Aslan”ı kükrətdilər
“Qalatasaray” Türkiyə Futbol Federasiyasının yeni rəhbərliyini (TFF) istefaya çağırıb. İdman.com.az-ın xəbərinə görə, İstanbul təmsilçisinin rəsmi saytında yayımlanan açıqlamada bildirilir: “Qalatasaray” TFF-nin yeni rəhbərliyinin türk futboluna daha çox ziyan vurmadan dərhal istefa verməsinin zəruri olduğunu düşünür. Türkiyə Futbol Federasiyasının açıqladığı qərarlar ictimaiyyətdə böyük ümidsizlik yaradıb. Federasiya ilk günlərdən “Qalatasaray”ı satılmış oyunlar bataqlığına çəkmək istəyir”.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bir müddət əvvəl 58-ci maddədə bəzi dəyişikliklər edib. Qərara görə, 16 klub cəzalandırması üçün İntizam Komitəsinə göndərilib. Onların arasında satılmış oyunlarda adı hallanmayan “Qalatasaray”da var.

Xəbər 935 dəfə oxundu.