Qadınlar arasında şahmat üzrə Avropa çempionatının sonuncu turunun oyunları keçirilir
Aprelin 22-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının on birinci turunun oyunlarına start verilib.

Ötən turu şahmatçılarımızdan üçü - Ülviyyə Fətəliyeva (6,5 xal), Nərmin Söyünlü (5 xal), Fidan Ağasıyeva (4,5 xal) qələbə ilə başa vurublar. Günay Məmmədzadə (6,5 xal), Xanım Balacayeva (6 xal), Gülnar Məmmədova (5 xal) heç-heçə ediblər. Türkan Məmmədyarova (6 xal), Xəyalə Abdulla (5 xal), Zeynəb Məmmədyarova (4,5 xal), Gövhər Beydullayeva (4,5 xal) isə məğlub olublar.

On turdan sonra 8 xal toplayan ukraynalı şahmatçı İnna Qaponenko ilk pillədədir.

On bir turdan ibarət yarışda 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Ölkəmizi yarışda 10 şahmatçı təmsil edir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).

Xəbər 756 dəfə oxundu.