Boksçularımız beynəlxalq turnirdə iki medal qazanıblar
Tbilisidə keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.

David Kvaçadzenin şərəfinə təşkil olunan yarışda Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb. Yığmamızın heyətində Nurlan Səfərov (60 kq) ikinci yeri tutub. Rüfət Hüseynov (52 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Turnirdə böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi ilə beş boksçumuz mübarizə aparıb.

Xəbər 844 dəfə oxundu.