İdman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “ABU Arena”da idman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, yarışa qatılan 14 idmançı “Olimp”, “Aypara” və “Rovesnik” idman klublarını təmsil edib.

Yarışda “Yeniyetmələr II” – Standart Avropa və Latın Amerika proqramı üzrə Fərid İbrahimov və Zərəc Tlepova, “Böyüklər” və “Yeniyetmələr” - Standart Avropa və Latın Amerika proqramı üzrə Emil Ağayev və Nərmin Teymurova birinci yerə layiq görülüblər.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 735 dəfə oxundu.