Futbol üzrə payız/yaz birinciliyinin növbəti turunun oyunları keçirilib
Aprelin 21-də futbol üzrə həvəskarlar arasında payız/yaz birinciliyinin növbəti-XIII turunun oyunları keçirilib.

“Azəri”- “Müşfiq” komandaları arasında baş tutan oyunda yarış birincinin üstünlüyü ilə bitib (2:1). “Hövsan”- “Hunters” yarışında hesab 7:4 olub. “Stern Binə” – “Qobustan” qarşılaşmasında isə “Stern Binə” hesabda irəli olub (3:2). Oyunun ən məhsuldar oyunçuları “Hövsan” komandasından Məcnun Əliyev (17 topla) və “Müşfiq” komandasından Cavidan Baxışlı (16 topla) olub.

Qeyd edək ki, Bakı şəhər kənd və qəsəbələrin həvəskarlar arasında payız/yaz birinciliyi başa çatmaq üzrədir. Bu həftə sonuncu turun oyunları oynanılacaq.Təxirə salınmış “Qobustan”-“Qardaşlar! oyunu gələn həftə planlaşdırılır. Birinciliyin yekun mərasimində birincilik qalibi və kubok sahibi ilə super-kubok oyunu keçiriləcək. Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, AFFA,Bakı Kəndlər Futbol Federasiyası tərəfindən mükafatlandırılacaq.

Xəbər 748 dəfə oxundu.