Astarada yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib
Aprelin 15-18-də Astarada yunan-Roma güləşi üzrə 2004-2005-ci il təvəllüdlü idmançılar arasında Respublika zona birinciliyi keçirilib.

Respublika zona birinciliyində 11 çəki dərəcəsində respublikanın Cəlilabad, Lənkaran, Masallı, Sumqayıt, Astara, Neftçala, Lerik, Qubadlı, Sabirabad, Zəngilan rayon və şəhərlərini təmsil edən 12 komandadan 130 nəfər idmançı güclərini sınayıb.

Yekunda hər çəki dərəcəsində I, II və III yerləri qazanan idmançılar Respublika final mərhələsində iştirak etmək hüququ qazanıb.


Xəbər 735 dəfə oxundu.