Savatçılarımız Tbilisidəki beynəlxalq turnirdə medallar qazanıb
Gürcüstanın paytaxtı Tbilisidə savat (Fransa boksu) üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasından bildiriblər ki, turnirdə Gürcüstan, Azərbaycan, Qazaxıstan, İran və Ermənistan idmançıları iştirak edib.

Yarışda qızlar arasında 50 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Selcan Quluzadə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Digər bir idmançımız Elmir Süleymanov da (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Böyüklər arasındakı mübarizədə isə Fuad Həsənəliyev və Kənan Bayramov bürünc və gümüş medallar qazanıblar.

Qeyd edək ki, yarışda milli komandamız Əməkdar məşqçi Taleh Nağızadənin rəhbərliyi altında mübarizə aparıb.

Xəbər 714 dəfə oxundu.