Arzu Cəlilova iplə hərəkətlərdə bürünc medal qazanıb
Bədii gimnastımız Arzu Cəlilova aprelin 21-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində iplə yarışlarda bürünc medal qazanıb.

Münsiflər heyəti təmsilçimizin çıxışını 17.350 balla qiymətləndiriblər. Digər gimnastımız Nərminə Səmədova isə 16.900 xalla 6-cı olub.

Rusiyalı gimnast Anastasia Simakova 18.600 balla birinci yeri tutub. Eyni xala malik italiyalı Sofia Raffaeli isə gümüş medala sahib çıxıb. O, əlavə göstəricilərə görə Rusiya təmsilçisindən geri qalıb.

Xəbər 932 dəfə oxundu.