London olimpiadasında start konsertini “Duran Duran” verəcək
İyulun 27-də Olimpiya stadionunda London oyunlarına start verəcək konsert Birləşmiş Krallığın rəmzi olan 4 qrupun çıxışlarından ibarət olacaq. İdman.com.az saytının məlumatına görə, “Duran Duran” qrupu İngiltərəyə, “Stereophonics” Uelsə, “Paolo Nutini” Şotlandiyaya, “Snow Patrol” Şimali İrlandiyanı təmsil edəcək.

“Duran Duran” qrupunun vokalisti Saymon Le Bon belə deyib: “Britaniya idmanı üçün çox əhəmiyyətli bir gündə çoxlu sayda insan qarşısında çıxış etmək bizim üçün son on ilin əsas hadisələrindən biridir. Səhnəyə çıxmazdan əvvəl Olimpiya məşəlinin necə alovlandığını görmək unudulmaz təcrübə olacaq”.

Bundan əvvəl olimpiadanın açılışında Pol Makkartninin və ya Mik Caqqerin oxuyacağı gözlənilirdi.
Oyunların bağlanışına həsr edilən ikinci olimpiya konserti avqustun 12-də Hayd-parkda keçiriləcək. Konsertdə “Blur”, “New Order” və “The Specials” qrupları çıxış edəcəklər.

Xəbər 1124 dəfə oxundu.