Karateçimiz Rafael Ağayev Premyer Liqa turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) “Karate 1” seriyasından Premyer Liqa turniri davam edir.

Turnirin birinci günündəki qarşılaşmaların nəticələrinə əsasən Rafael Ağayev (75 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Aprelin 21-də keçiriləcək görüşdə onun rəqibi Loqan Da Kosta (Fransa) olacaq.

Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Şahin Atamov, Asiman Qurbanlı (+84 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Roman Heydərov (kata) da bu gün mübarizəyə başlayıblar.

Xəbər 655 dəfə oxundu.