AFFA-da klubların maliyyə menecerləri üçün seminar keçirilib
Aprelin 19-da AFFA-nın Futbol Akademiyasının inzibati binasında lisenziyalaşdırma qrupu tərəfindən Topaz Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar təşkil olunub.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, seminarda UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə fair-play qaydaları (buraxılış 2018), maliyyə fair-play qaydaları üzrə yeni it solution proqramı haqqında yeniliklər müzakirə olunub, həmçinin seminar iştirakçılarına nəzəri və praktik məşğələlər keçirilib, yeni it solution proqramı üzrə prezentasiya təqdim olunub.

Tədbirin sonunda klub nümayəndələri 2018-ci il maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.

Xəbər 893 dəfə oxundu.