Azərbaycan şahmatçısı Arkadi Naydiç “GRENKE Chess Classic 2019” superturnirində mübarizə aparacaq
Aprelin 20-də Almaniyada “GRENKE Chess Classic 2019” superturniri start götürəcək.

Azərbaycan şahmatçısı Arkadi Naydiçin də qatıldığı yarışda dünya çempionu norveçli Maqnus Karlsen, amerikalı Fabiano Karuana, hindistanlı Vişvanatan Anand, rusiyalı Pyotr Svidler, ispaniyalı Fransisko Valexo və almaniyalı şahmatçılar Qeorq Mayer, Vincent Keymer mübarizə aparacaqlar.

İlk turda A. Naydiç M. Karlsen V. Keymer, Q. Mayer F. Valexo, P. Svidler F. Karuana, M. Vaşe-Laqrav V. Anandla qarşılaşacaqlar.

Xəbər 804 dəfə oxundu.