Antalyada qadın şahmatçılar arasında Avropa çempionatı davam edir
Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının səkkizinci turunun oyunları keçirilir.

Azərbaycan şahmatçılarından yalnız Türkan (4,5 xal) və Zeynəb Məmmədyarovalar (4 xal) ötən turu qələbə ilə başa vurublar. Xanım Balacayeva (4,5 xal), Günay Məmmədzadə (4,5 xal), Xəyalə Abdulla (3 xal) heç-heçə ediblər. Digər təmsilçilərimiz isə məğlub olublar.

Yeddi turdan sonra 6 xal toplayan rusiyalı şahmatçı Alina Kaslinskaya liderliyini davam etdirir.

On bir turdan ibarət yarışda 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Ölkəmizi yarışda 10 şahmatçı təmsil edir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).

Ümumi mükafat fondu 60 min avro olan turnirə aprelin 21-də yekun vurulacaq.

Xəbər 830 dəfə oxundu.