“Barsa” yeni transferlərə 100 milyon avro ayrılacaq
“Barselona” növbəti mövsümün transfer planlarını açıqlayıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, katalonlar bu yay yeni futbolçuların alınmasına böyük məbləğ xərcləyəcək.

Belə ki, komandanın yeni baş məşqçisi Tito Vilanovaya heyətin gücləndirilməsi üçün 100 milyon avro ayrılacaq. Bunun 30 milyonu transfer pullarından, 50 milyonu klubun büdcəsindən, qalan məbləğ isə oyunçuların satışından olacaq.

Üstəlik, İspaniya nəhəngi baş məşqçinin məvacibində qənaət edəcək. Belə ki, yeni çalışdırıcının məvacibi hazırkı baş məşqçi Xosep Qvardioladan az olacaq. Komandadan yayda braziliyalı sağ cinah müdafiəçisi Dani Alveşin gedəcəyi gözlənilir ki, yığma üzvünə Rusiyanın “Anji” klubu ciddi maraq göstərir.

Afrikalı yarımmüdafiəçi Seydu Keytanın gələcək taleyi də sual altındadır. “Barsa”nın ilk transferləri isə İspaniya yığmasının üzvləri – “Valensiya”nın sol cinah müdafiəçisi Xordi Alba ilə “Atletik”in hücumçusu Fernando Lyorente sayılır.

Xəbər 936 dəfə oxundu.