Binəqədi rayonunda qızlar arasında voleybol birinciliyi keçirilib
Aprelin 18-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 248 nömrəli tam orta məktəbdə qızlar arasında voleybol birinciliyi keçirilib.

Birinciliyin nəticəsinə görə, 284 nömrəli tam orta məktəbin komandası birinci, 143 nömrəli tam orta məktəbin komandası ikinci, 267 nömrəli məktəb-liseyin komandası üçüncü yerə sahib olub.


Xəbər 789 dəfə oxundu.